Mal ixracında özəl sektorun payı 19% azalıb
2014-cü ildə Azərbaycandan mal ixracında özəl sektorun payı cəmi 6% ($1 mlrd. 121 mln.) təşkil edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, il ərzində özəl sektor tərəfindən mal ixracının həcmi $260,1 mln. və ya 19% azalıb.
“Nəzərə alsaq ki, özəl sektorda ixracın həcmi əsasən qeyri-neft sektorunun payına düşür, demək olar ki, 2014-cü il xarici bazara çıxış baxımından sahibkarlar üçün uğurlu olmayıb. İqtisadçı- ekspert Rövşən Ağayev belə hesab edir. Onun hesablamalarına görə, son 4 ildə özəl sektor tərəfindən ixracın həcmi cəmi $58,5 mln. artıb.
Ekspert ölkə iqtisadiyyatında digər nəfi tendensiyanı da qeyd edir: “2011-ci ildə qeyri-neft ixracının qeyri-neft ÜDM-də payı 5.2% idisə, 2014-cü ildə bu gösətərici 4%-ə enib. Bu o deməkdir ki, Azərbaycanın qeyri-neft sektorunda yeni yaranan hər 100 manat əlavə dəyərin cəmi 4 manatı ixrac gəliri kimi ölkəyə qayıdır. Amma müqayisə üçün deyim ki, Gürcüstanda hər 100 dollar əlavə dəyərin 25 dolları, Estonyiada isə hər 100 dollar əlavə dəyərin 40 dolları ixrac gəliri kimi ölkəyə qayıdır”.8D
-
- İqtisadiyyat
- 3 Fevral 2015 11:46
-
- İqtisadiyyat
- 3 Fevral 2015 12:44
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz