Naməlum investor Bakıda dövlətdən ticarət mərkəzi alıb
Əmlak Məsələləri Dövlət Komitəsi № 4 bazarın bazasında yaradılan “8-ci km Ticarət Mərkəzi” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin nəticəsini elan edib. Müsabiqə Komissiyası 3 iddiaçı arasında 6 aya müəssisəyə 1 mln 180 min 760 manat investisiya qoymağı öhdəsinə götürən fiziki şəxsi qalib elan edib. Qalibin və digər iştirakçıların adı açıqlanmır.
Müsabiqə Komissiyası işini 16 yanvarda bitirib. Nəticələr ƏMDK-nin orqanı olan “Mulkiyyət” qəzetində 31 yanvarda açıqlanıb.
Müsabiqənin qalibi dövlət büdcəsinə 312 min manat köçürüb. ƏMDK investisiya qoyuluşunu təsdiq edəndə nominal qiyməti 1 mln manat olan səhmlərin 99,89%-i investorun olacaq.
Xatırladaq ki, bu, 8-ci kilometr qəsəbəsindəki № 4 bazarın ikinci özəlləşməsidir. 1980-ci ildə yaradılan bazar 2000-2001-ci illərdə çek və pul hərracında özəlləşdirilib. 2008-ci ildə naməlum səbəbdən ƏMDK-nin qərarı məhkəmə qərarı ilə ləğv edilib və bazar dövlət mülkiyyətinə qaytarılıb. Dövlət yüzlərlə mülkiyyətçinin itkisinin əvəzini ödəməyib. 2008-ci ilin fevralında “Ticarət Mərkəzi-4” MMC yaradılıb. Bu hüquqi şəxs o vaxtdan ƏMDK-nin tabeliyində olub. 2014-cü ilin avqustunda MMC-nin bazasında “8-ci km Ticarət Mərkəzi” ASC yaradılıb . 08B
-
- İqtisadiyyat
- 3 Fevral 2015 11:39
-
- İqtisadiyyat
- 3 Fevral 2015 12:07
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz