Sənaye məhəllələrinin yaradılması barədə qərar qəbul edilib
Prezident İlham Əliyev fevralın 2-də Neftçalada sənaye məhəlləsinin yaradılması barədə fərman verib. Bunun üçün iki ay müddətində 10 ha torpaq ayrılmalıdır.
Sənəddə qeyd olunur ki, sənaye məhəlləsinin ərazisində qeyri-neft sektoru sənaye müəssisələri, xidmət obyektləri yaradılacaq. SM-nin təşkili və fəaliyyətinin tənzimlənməsi «Azərbaycan İnvestisiya Şirkəti» ASC-yə tapşırılıb. İstehsal edilən mallar üzrə prioritetlər İqtisadiyyat və Sənaye Nazirliyinin iştirakı ilə müəyyən ediləcək.
Xatırladaq ki, 8 oktyabr 2014-cü ildə dövlət başçısı «Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında» fərman imzalamışdı. Nazirlər Kabinetinə üç ay müddətində “Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə”nin layihəsini hazırlayıb təsdiq etmək tapşırılmışdı.
Bu sənədə əsasən, sənaye məhəlləsi – sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura malik olan, kiçik və orta sahibkarlar tərəfindən məhsul istehsalı və xidmət göstərilməsi üçün istifadə edilən ərazidir; İSN SM iştirakçılarına hərtərəfli kömək göstərməlidir.
Sənəddə niyə Neftçala rayonunun seçilməsi açıqlanmır. Bu rayonda neftçıxarma idarəsi, yod-brom zavodu, balıq zavodu var. Əhali əsasən kənd təsərrüftaı ilə məşğuldur. 08D
-
- İqtisadiyyat
- 3 Fevral 2015 11:31
-
- İqtisadiyyat
- 3 Fevral 2015 11:46
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz