Vergilər Nazirliyində struktur dəyişikliyi
Bakı Şəhər Vergi Departamenti Vergilər Nazirliyinin müstəqil qurumu statusunu itirib. Nazirliyin strukturuna müvafiq dəyişiklik dövlət başçısının 2 fevral tarixli sərəncamı ilə edilib.
Bundan sonra Bakı Şəhər Vergi Departamenti Vergilər Nazirliyinin iki digər bölməsi – Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti və Xüsusi Rejimli Vergi Xidməti Departamenti kimi nazirliyin nəzdində fəaliyyət göstərəcək. Bakı Şəhər Vergi Departamentnin Vergilər Nazirliyi yanında fəaliyyətinə dair əsasnamə həmin gün vergilər naziri tərəfindən təsdiqlənib.
Qeyd edək ki, yenu strukturda Vergi Auditi Departamentinin adı çəkilmir. Vergilər Nazirliyinin kollegiyasının yeni heyətində bu departamentin nümayəndəsi yoxdur. Lakin Vergilər Nazirliyi bu qurumun ləğv olunduğunu bəyan etməyib. Vergilər Nazirliyinin kollegiyasının yeni tərkibi də fevralın 2-də təsdiqlənib.
Qeyd edək ki, fevralın 2-də Vergilər Nazirliyinin analitik- informasiya şöbəsi 12 Ərazi Vergilər idarəsinin 4-də kadr dəyişikliyinin olduğunu bildirib.
Yerli vergi orqanlarının fəaliyyətinin daha səmərəli təşkili, mövcud vergi potensialından tam istifadə olunması və dövlət büdcəsinə vergi daxilolmaları üzrə proqnozların icrasını təmin etmək məqsədilə həmin Ərazi Vergilər idarələrinin rəisləri vəzifələrindən azad olunub, onlaın yerinə başqa şəxslər təyin edilib.08D
-
- Cəmiyyət
- 3 Fevral 2015 10:38
-
- İqtisadiyyat
- 3 Fevral 2015 11:39
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz