- İqtisadiyyat
- 15 Oktyabr 2012, 14:00
- 119
Maliyyə Nazirliyi 2013-cü il üçün sosial-iqtisadi proqnozu açıqlayıb
2013-cü ilə Azərbaycan hökuməti 5,3% iqtisadi artım proqnozlaşdırır. Ümumdaxili məhsul 56,1 mlrd manat səviyyəsində gözlənilir. Maliyyə Nazirliyi 2013-cü il üçün sosial-iqtisadi proqnozu açıqlayıb.
Hökumətdə hesab edirlər ki, 2013-cü ildə ÜDM-də qeyri-neft sektorunun xüsusi çəkisi 11,7% artaraq 61,3% (34,4 mlrd manat) olacaq. Neft ÜDM-i isə 2,9% azalacaq.
2013-cü ildə əhalinin gəlirləri 9.1% artaraq 39,7 mlrd manat və ya adambaşına 4270 manat, yəni 2011-cim ildəkindən 1425 manat çox olacaq. Əhalinin gəlirləri 2011-ci ilin göstəricisindən 14 mlrd manat artıq olacaq. Bu vəsaitlərin əsas hissəsi hökumətdəki olqarxların hesablarında olacaq, deyə yerli ekspertlər düşünür.
İnflyasiya (proqnoz 5,7%) nəzərə alınmaqla əhalinin əmək haqlarının real artımı 3,9% təşkil edəcək. Hökumət 2013-cü ilin sonu üçün orta aylıq əmək haqqının 440,3 manat olacağını bildirir. 08D
-
- Siyasət
- 15 Oktyabr 2012 14:00
-
- İqtisadiyyat
- 15 Oktyabr 2012 14:00
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz