- İqtisadiyyat
- 19 May 2015, 11:55
- 213
Maliyyə Nazirliyi ötən ilin dövlət büdcəsinin icrası haqqında məlumatları açıqlayıb
2014-cü ildə dövlət büdcəsinin icrası haqqında məlumatlar açıqlanıb.
Maliyyə Nazirliyinin məlumatına görə, ötən il dövlət büdcəsi 308 mln 434,76 min manat kəsirlə icra edilib. Büdcə gəlirləri 18 mlrd 400 mln 565,23 min manat olub. Bunun 50,74%-i ARDNF-dən transfertlərdir – 9 mlrd 337 mln manat. Əlavə dəyər vergisi 3 mlrd 119 mln 578 min manat, hüquqi şəxslərin mənfəət vergisi 2 mlrd 302 mln 479,17 min manat, idxal ƏDV-i 1 mlrd 70 mln 960,58 min manat təşkil edib.
Xərclər 18 mlrd 708 mln 999,99 min manat olub. Dövlət infrastruktur layihələrinə 6 mlrd 256 mln 706,72 min manat xərclənib. Digər xərclər 2 mlrd 580 mln 776,15 min manat olub.
Maliyyə Nazirliyinin məlumatına görə, ötən il büdcə xəzinə hesabında qalıq 1 mlrd 728 mln 622,3 min manat olub. Onlar 2015-ci ilin büdcəsinə keçirilib. --17D—
-
- Cəmiyyət
- 19 May 2015 11:19
-
- İqtisadiyyat
- 19 May 2015 11:58
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz