Kağız üzərində 30 mindən çox yeni iş yeri açılıb
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin birinci rübündə ölkədə 30 mindən çox iş yeri yaradılıb. Bunun 25 mini daimidir. 2014-cü ilin ilk üç ayında da təxminən oxşar rəqəmlər açıqlanıb.
Yeni iş yerlərinin əsas hissəsi (79,2%) hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdir. Belə vergiödəyiciləri üçün identifikasiya nömrəsi almaq bir neçə dəqiqə vaxt aparır. DSK-nın məlumatına görə, yeni iş yerlərinin 11,2%-i yeni yaradılmış müəssisələrdə, 9,1%-i fəaliyyətini brpa etmiş müəssisə və təşkilatlarda açılıb. Yeni iş yerlərinin 22,3%-i dövlət sektorunda, 68,6%-i ölkə regionlarında yaradılıb.
Qeyd edək ki, həmin mənbəyə görə, bu ilin birinci rübündə ölkədə muzdla işləyənlərin sayı 9,1 min nəfərə enib.
Hökumət Azərbaycanda işsizliyin 5% səviyyədə olduğunu bildirir. Azərbaycanda işsizlərin rəsmi statusu bu ili mayın 1-nə olan məlumata görə, 29 150 nəfərdir.
Regionların sosial-iqtisadi inkişafı üzrə üçüncü Dövlət Proqramı çərçivəsində 2014-cü il yanvarın 1-dən 157,5 min yeni iş yeri yaradılıb ki, bunun da 130 mini daimidir. Müstəqil ekspertlə bu rəqəmləri təbliğat adlandırırlar və hesab edirlər ki, ölkədə işsizliyin səviyyəsi ikirəqəmli ədədlə ölçülür.08D
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz