Martda qiymətlər 0,6% artıb
Dövlətstatkom martda 0,6% inflyasiya qeyd alıb. Yanvar və fevralda istehlak qiymətləri 1,2% və 0,5% artmışdı.
DSK-da Turan-a deyiblər ki, mart ayında ərzaq məhsulları 1,3 faiz bahalanıb, qeyri-ərzaq malları və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri sabit qalıb.
Ay ərzində düyünün, qarabaşaq yarmasının, mal ətinin, toyuq və toyuq budunun, yumurtanın, kərə yağının, şəkər və şəkər tozunun, limonun, göyərtinin qiymətlərində ucuzlaşma, makaron və kolbasa məmulatlarının, təzə balığın, südün, xamanın, qatığın, günəbaxan və qarğıdalı yağlarının, portağalın, naringinin, bananın, almanın, armudun, heyvanın, narın, qoz və fındığın, şabalıdın, kələmin, xiyar və pomidorun, bibərin, çuğundurun, kökün, sarımsağın, soğanın qiymətlərində bahalaşma müşahidə olunub.
İqtisadi Tədqiqatlar Mərkəzi istehlak qiymətlərinin alternativ hesablanmasını bu ildən dayandırıb. Alternativ hesablamalar daha yüksək qiymət artımı aşkarlayırdı. Məsələn, 2012-ci ildə DSK 1,1%, İTM 9,9% inflyasiya qeydə alıb. 08D
-
- İqtisadiyyat
- 15 Aprel 2013 16:42
-
- Siyasət
- 15 Aprel 2013 17:10
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz