MDM-də İdarə Heyəti sədrinin birinci müavini təyin edilib
Milli Depozit Mərkəzinin Müşahidə Şurasının qərarı ilə Fəxriyar Cabbarov İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilib.
İdarə Heyəti sədrinin iki müavini var.
F.Cabbarov bundan əvvəl Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin üzvü, hüquq və icraat departamentinin direktoru vəzifəsində çalışıb.
O, Bakı Dövlət Universitetdə hüquq, York Universitetində menecment üzrə təhsil alıb.
MDM 1997-ci ildən fəaliyyət göstərir. O, Azərbaycanda bütün qiymətli kağız emitentlərinə xidmət edir. Üzvləri Azərbaycanın lisenziyalı investisiya şirkətləridir. Şirkətdə 60-dan çox işçi çalışır. 08D
-
- Cəmiyyət
- 7 Fevral 2017 16:18
-
- İqtisadiyyat
- 7 Fevral 2017 17:06
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz