- İqtisadiyyat
- 7 Fevral 2017, 17:06
- 75
AÇG-nin dövlətə gətirdiyi mənfəət 2016-da 25,6% azalıb
AÇG-dən Neft Fonduna gələn mənfəət 2016-cı ildə 1 milyard 758 milyon ABŞ dolları aşağı düşüb. Bu qənaətə bu gün Azərbaycan Dövlət Neft Fondunun ictimaiyyət üçün “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarından gələn gəlirləri açıqlamasından gəlmək olar.
Belə ki, Fondun məlumatında bildirilir ki, 2016-cı il ərzində AÇG yataqlarından dövlətin əldə etdiyi mənfəət neftinin dəyəri isə 5 milyard 100 mln. ABŞ dolları olub.
Turaqn agentliyi isə xatırladır ki, 2015-ci ildə AÇG-dən Neft Fonduna daxilolmaların ümumi məbləği 6 milyard 858 milyon ABŞ dolları olmuşdu. Ötən il AÇG-dən dövlətin payına düşən mənfəət 25,6% azalıb. Bəs gəlirlərin kifayət qədər azalmasına hansı amillər təsir edib?
Qeyd edək ki, 2015-ci ildə Azərbaycan neftinin orta ixrac qiyməti 1 barel üçün 54,30 təşkil etmişdisə, 2016-cı ildə bu göstərici 45,05-ə qədər azalmış, bundan əlavə 2015-ci ildə AÇG müqavilə sahəsində gündəlik orta hasilat 634 min barel təşkil etmişdisə, ötən il hasilatın təqribən 0,7% azalması qeydə alınıb.
Neft Fondunun məlumatına görə, AÇG üzrə əldə olunan ümumi gəlirlər 2001-ci ildən etibarən 1 yanvar 2017-ci il tarixinə 122 milyard 109 mln. ABŞ dolları təşkil edib. AÇG-nin gəlirləri Neft Fondunun ümumi daxilolmalarının 90%-dən artığını təşkil edir. –12B--
-
- İqtisadiyyat
- 7 Fevral 2017 16:46
-
- Cəmiyyət
- 7 Fevral 2017 17:19
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz