MDM-ə yeni rəhbər təyin edilib
“Milli Depozit Mərkəzi” QSC-nin Səhmdarlarının ümumi yığıncağının qərarı ilə Əliyev Araz İsmayıl oğlu QSC-nin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.
Qiymətli kağıza emitentlərinin 99%-ə xidmət edən mərkəzi depozitar Fərid Əzizovun Bakı Fond Birjasına sədr seçilməsi ilə bağlı getməsindən sonra rəhbərsiz qalmışdı.
Əliyev Araz İsmayıl oğlu 1960-cı ildə anadan olub. Maliyyəçi və hüquqşünas təhsili alıb. 1977-ci ildən bank sistemində işləyir. Buna qədər “Bank of Azerbaijan” ASC Müşahidə Şurasının üzvü, “Kapital Bank» ASC-nin İdarə Heyətinin üzvü olub. Ailəlidir, üç övladı var.
MDM 1997-ci ildə yaradılıb. Depozitar, reyestrsaxlayıcı və klirinq lisenziyalarına malikdir. 1500-ə qədər emitent və 100 mindən çox QK deponentinə xidmət edir. Səhmlərinin 100%-I QKDK-ya məxsusdur. MDM Müşahidə Şurasının sədri QKDK-nın aparat rəhbəri Bəxtiyar Əzizovdur. 08D
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz