- İqtisadiyyat
- 5 May 2015, 14:39
- 179
Məlumat Hesablama Mərkəzinin tərəfdaşları artır
«Parabank» ASC Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin tərəfdaşları siyahısına daxilolub. Artıq “Parabank” ASC-nin bütün filiallarında elektron arayışlardan faydalanmaq mümkündür.
MHM-nin məlumatına görə, artıq müqavilə bağlanılıb. İndiyədək tərəfdaş sayı 14 idi: «BankofBaku», «Unibank», «AccessBank», «Muganbank», BankRespublika, BankBTB, AGBank, Rabitabank, ABB, Expressbank, Dəmirbank, NBCBank, Əmrahbank və TuranBank.
Bu xidmət 7 dövlət strukturundan elektron arayış almağa imkan verir. Gələcəkdə dövlət strukturunın sayını artırmaq planlaşdırılır.
«Parabank» ASC 1991-ci ildə yaradılıb. Səhmdarları 2 hüquqi və 18 fiziki şəxsdir. --17D—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz