Mərkəzi Bank depozit hərracında 200 mln manat cəlb etməyi planlaşdırır
Mərkəzi Bank fevralın 17-də növbəti depozit hərracında 200 mln manat cəlb etməyi planlaşdırır.
Vəsaitlər 14 günlüyə 12,01%-14,99% orta ölçülmüş dərəcə ilə cəlb ediləcək.
Qeyd edək ki, AMB hər həftə depozit hərracı keçirir. Amma özünün qaydalarına zidd olaraq bu həftə ikinci hərrac keçirmək niyyətindədir.
Xatırladaq ki, fevralın 13-dəki depozit hərracında tələb təklifdən 47 mln manat çox olub. Mərkəzi Bank 150 mln manat təklif edib, tələb isə 197 mln təşkil edib.
Depozit hərracları anti-inflyasiya tədbirlərindən biridir.
AMB 2016-cı ilin iyunundan depozit hərracları keçirməyə başlayıb. Artıq 17 hərrac keçirilib. Beynəlxalq təcrübədə depozit hərraclarında məqsəd pul kütləsinin sterilləşdirilməsidir. AMB depozit hərracları zamanı kommersiya banklarından depozit qəbul edir. 71D
-
- İqtisadiyyat
- 15 Fevral 2017 13:16
-
- Cəmiyyət
- 15 Fevral 2017 13:19
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz