Mərkəzləşdirilmiş su xəttinə ilk dəfə 135 min abunəçi qoşulub
Doqquz ayda “Azərsu” ASC 655 km içməli su xətti çəkib, 17 subartezian quyusu qazıb. Nəticədə mərkəzləşdirilmiş su xəttinə ilk dəfə 135 min abunəçi qoşulub.
“Azərsu” ASC-nin mətbuat xidmətinin məlumatına görə, bu il 60 min nəfərin su təchizatı fasiləsiz rejimə keçirilib. Bununla da fasiləsiz içməli su ilə təmin olunanların xüsusi çəkisi Bakıda 80,2 faizə, ölkə üzrə 65 faizə yüksəlib.
2016-ci ilin yanvar-sentyabr aylarında istehlakçılara 217 milyon kubmetr su satılıb, 144 milyon kubmetr həcmində kanalizasiya xidmətləri göstərilib.
Dövlətstatkomun məlumatına görə, bu ilin 3 rübündə istehlakçılara verilən su həcmi 1,3% azalıb. Yayda tariflər artırıldığı üçün istehlakçıların 35%-i qənaət rekiminə keçib.
“Azərsu” ASC-nin abunəçi sayı 1 oktyabr 2016-cı il üçün 1 mln 402 mindir.
İyulun 1-i üçün əhali qrupundan olan abunəçilərin (844,4 min) 63,6%-i sayğaclarla təmin edilib. 08D
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz