Metal bazarı tənzimlənəcəkmi?
Nazirlər Kabineti Aparatının Neft və kimya şöbəsi müdirinin müavini, geologiya-mineralogiya elmləri namizədi Rəşid Fətəliyev hesab edir ki, Azərmetal” adlı dövlət şirkəti və ya səhmdar cəmiyyətinin yaradılması Azərbaycan üçün çox faydalı ola bilər.
Praktika göstərir ki, belə təşəbbüslər təsadüfən edilmir.
“Bu bazarda qiymətlər daha kəskin oynayır. Nəhəng xarici şirkətlərin basqısına tab gətirmək, sabit satış bazarı qazanmaq və dayanıqlı maliyyə imkanlarına malik olmaq üçün qara və əlvan metallurgiya müəssisələrimizin vahid bir əldən idarə olunması məqsədəuyğun olardı”, deyə o, məqaləsində yazır.
Məqalə müəllifi qeyd edib ki, 2014-cü ildə Azərbaycanda qara metallurgiya müəssisələri tərəfindən 370 min tona yaxın metal məhsul (armaturlar, borular, konstruksiyalar) istehsal olunub ki, bunun da təxminən 250 min tonu “Bakı Steel Company” MMC-nin payına düşür.
Bu ilin 8 ayında metallurgiya sənayesi və hazır məhsul istehsal edən müəssisələr 197,8 mln manatlıq istehsal və xidmət göstərib. O cümlədən 283,2 ton çuqun, 18 min 318,6 ton metal boru, 146,6 min ton armatur istehsal olunub. Bu dövrdə 7 min 107,4 ton metal boru ($6,2 mln məbləğində) ixrac edilib. Bu, ötən ilkindən 58,5%, pul ifadəsində 62,6% azdır. --17D—
-
- Siyasət
- 14 Sentyabr 2015 12:09
-
- İqtisadiyyat
- 14 Sentyabr 2015 12:27
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz