Milli Kartın xidmət etdiyi ödəniş kartları 19% artıb
1 iyul 2012-ci il "Milli Kart" MMC prosessinq mərkəzinin emissiya etdiyi aktiv plastik kart sayı 228 min ədəd olub. Bu, ötən ilin sonundakından 37 min ədəd və ya 19% çoxdur.
Mərkəzdən verilən məlumata görə, cəmiyyətin müştərilərinə məxsus POS terminal sayı 75% artaraq 5,6 min, bankomatların ümumi sayı 7 vahid artaraq 327 ədəd olub.
MasterCard ödəniş kartı emissiya edən bank sayı 5-dən 6-ya, lokal kart buraxanların sayı 3-dən 4-ə artıb. Mərkəzdə bu ilin I yarısında Visa kartları 8 bank buraxıb.
Hazırda "Milli Kart" 12 banka xidmət göstərir. --15B--
-
- Siyasət
- 5 Oktyabr 2012 12:16
-
- İqtisadiyyat
- 5 Oktyabr 2012 12:34
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz