- İqtisadiyyat
- 20 Noyabr 2012, 15:22
- 187
MKRX-yə sorğuların 0,2%-i fiziki şəxslərə aiddir
Bu ilin sentyabrında Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinə 97 030 sorğu olub. Bu, ötən aydakından 9,9% çoxdur. Müraciətlərin 0,1%-i fiziki şəxslərə aiddir. Onlar ay ərzində 19,2% artıb.
Mərkəzi Bankın məlumatına görə, bu ilin 9 ayında MKRX-yə 652,94 min sorğu edilib. 2011-ci ilin yanvar-sentyabrı ilə müqayisədə bu göstərici 285,01 min və ya 77,5% artıb.
Həmin dövrdə fiziki şəxslər 1,342 min və ya ümumi göstəricinin 0,2%-i qədər sorğu göndəriblər.
1 oktyabr 2012-ci il üçün borcalanların sayı 1,409 mln-a çatıb. Bunun 1,386 mln-u fiziki şəxslərdir. Hesabat tarixinə zaminlər 508 min olub. Ümumi kredit məlumatı sayı 3,810 mln-a çatıb. --15B--
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz