- İqtisadiyyat
- 5 Aprel 2016, 12:43
- 222
MM antiinhisar fəaliyyəti gücləndirmək üçün kartel anlayışını müzakirə edir
Milli Məclisin bu günkü iclasında gündəlikdə 21 məsələ var. O cümlədən «Antiinhisar fəaliyyəti haqqında», Torpaq Məcəlləsi, eləcə də «Banklar haqqında», «Qeyri-bank kredit təşkilatları haqqında», «İnvestisiya fondları haqqında», «Sığorta fəaliyyəti haqqında», «Daşınmaz əmlakın dövlət reyestri haqqında» qanunlara dəyişikliklərin müzakirəsi nəzərdə tutulur.
Deputatlara «Antiinhisar fəaliyyəti haqqında» (http://www.tariff.gov.az/?/ru/content/60) qanunun 10-cu maddəsinin 1-ci bəndində kartel sövdələşməsini belə tərif etmək nəzərdə tutulur: «bazarın iki və ya daha çox iştirakçısının bazarın başqa iştirakçılarını o cümlədən qiymətlərə təsir etmək məqsədilə bazardan kənarlaşdırması». Hələlik qanunvericilikdə kartel anlayışı yoxdur, bu isə bazar iştirakçılarına qiymət siyasətinə təsir etmək imkanı verir, deyə deputatlar düşünür.
Qanun 1993-cü ildə qəbul edilib, kartel anlayışının isə 100 ildən çox tarixi var. İndiyəcən MM üzvləri reallığı nəzərə almayıb, bu isə idxalçı, istehsalçı və topdansatışçılara imkan veridb ki, qiymətləri dəfələrlə şişirtsinlər. --17D
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz