Müflis banklara əmanətlər üzrə ödəniş məbləği məlum olub
Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) "Gəncəbank"ın sığortalanmış 378 əmanətçisinə 1,5 milyon manat ödəyəcək. Bunu ADIF-in icraçı direktoru Azad Cavadov deyib.
"Rabitə Bank", "Unibank" və "Kapital Bank" agent banklar təyin edilib, yəni kompensasiya almaq üçün "Gəncəbank"ın müştəriləri bu 3 bankın filiallarına müraciət etməlidirlər. Kompensasiyaların ödənişi fevralın 4-dən başlayacaq.
"Gəncəbank"ın müştərilərinə əmanətləri 1 həftə ərzində ödəmək planlaşdırılır. Bank ümumilikdə bizə təqribən 6 min hesab verib, lakin bunun 5 mindən çoxu vəsaiti 1 manatadək olan hesablardır.
Əmanətlərin ilkin məbləği 1,9 milyon manat idi, bunun 1,5 milyon manatı artıq agent banklara göndərilib ki, kompensasiyalar ödənilsin. Qalan 400 min manat məbləğ hələ öyrənilir.
Cəmi 3 bank müflis elan edilib - Bank of Azerbaijan, Gəncəa Bank və United Credit Bank. AMB «NBCBank» ASC-nin lisenziyasını ləğv etsə də, sonradan bərpa edib. Texnikabank, Atra Bank və Qafqaz İnkişaf Bankının materialları öyrənilir.
Azad Cavadovun sözlərinə görə, ADIF 3 banka əmanətləri qaytarmaq üçün 28,83 mln manat verəcək. --17D—
-
- Cəmiyyət
- 3 Fevral 2016 14:10
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz