"Bank of Azerbaijan"ın əmanətçiləri 10 gün ərzində vəsaitlərini alacaqlar
"Bank of Azerbaijan"ın əmanətçilərinə kompensasiya ödənilməsi üçün 10 gün vaxt lazım gələcək.
Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Azad Cavadov bu gün keçirilən mətbuat konfransında deyib ki, fond bu günədək "Bank of Azerbaijan"ın 430-dan çox əmanətçisinə artıq 9 milyondan artıq vəsait ödəyib:
Bu bankda sığortalanmış əmanətlərin həcmi 24 milyon manat təşkil edir.
Ödənişlər agent-bank kimi təyin edilən Muğanbank və Rabitəbank filiallarında həyata keçirilir.
“Bank of Azerbaijan” ASC «Rabbatbank» adı ilə 1 dekabr 1993-ci ildə yaradılıb. 1998-ci ildə «IŞ Bankası Azərbaycan» olub. 2004-cü ildən ASC-dir.
Bankın sahibi Baghlan Group Azerbaijan prezidentin ailəsidir. Bank of Azerbaijan-ın səhmdarları onun oğulları Kənan Məmmədov (43,63%), Sənan Məmmədov (43,63%), qardaşı Mübariz Məmmədov (12,07%) və NEM Holdinqdir (0,67%). --17D—
-
- İqtisadiyyat
- 3 Fevral 2016 14:18
-
- İqtisadiyyat
- 3 Fevral 2016 14:23
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz