«Viza Kredit» MMC istiqraz buraxıb
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi “Viza Kredit” BOKT MMC-nin faizli təmin edilməmiş, sənədsiz adlı istiqrazlarının emissiya prospekti ni qeydə alıb.
Şirkət təmin edilməmiş faizli istiqrazlar vasitəsilə 90 min manat və 500 min ABŞ dolları cəlb etmək niyyətindədir. Qiymətli kağızlar hər biri 1000 manat və $1000 nominalında buraxılıb.
Hər istiqraz valyutadan asılı olmayaraq illik 12% təşkil edir.
Qiymətli kağızlar dövriyyədə üç il (1095 gün) olacaq.
Qiymətli kağızların yerləşdirilməsinin anderrayteri rolunda “Kapital Menecment” investisiya şirkəti (“Texnika bank” ASC-nin törəmə şirkəti) çıxış edir. 08D
-
- Cəmiyyət
- 3 Fevral 2016 14:34
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz