Muğanbank nizamnamə kapitalını artırır
«Muğanbank» ASC 5 mln manat məbləğində əlavə səhm emissiyası yerləşdirməyə başlayıb.
Bakı Fond Birjasının məlumatına görə, nəticədə nizamnamə kapitalının 55 mln 200 manata (+10%) artacağı gözlənilir.
Əlavə səhm emissiyası alternativ seqmentdə yerləşdiriləcək, qiymətli kağızlar birja listinqinə daxil edilib. Cəmi nominalı 200 manat olan 25 min səhm yerləşdiriləcək.
Yerləşdirmənin anderrayteri «Unicapital» şirkətidir.
«Muğanbank» ASC 1992-ci ildə yaradılıb, nizamnamə kapitalı 50 mln 200 manatdır. Əsas səhmdarı (65,5%) və Müşahidə Şurasının sədri Elmir Mehdiyevdir. Atası Makbet Mehdiyev 13,1%, Vəfa Vəliyeva 12,05%, Fəridə Mehdiyeva 11,35% səhm sahibidir. --17D—
-
- İqtisadiyyat
- 9 Fevral 2016 14:52
-
- İqtisadiyyat
- 9 Fevral 2016 15:28
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz