Muğanbankın növbəti səhm emissiyası
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (http://www.scs.gov.az/n480/muganbank) Muğanbankın növbəti adi sənədsiz adlı səhmlərinin emissiyasını AZ1001005466 nömrəsi ilə qeydiyyata alıb.
Yerləşdirmə başa çatanda bankın nizamnamə kapitalı 41 mln 305,80 mindən 46 mln manata artacaq. 4 mln 694,2 min manatlıq emissiya nominalı 200 manat olan 23 min 471 səhmdən ibarətdir.
«Muğanbank» ASC 1992-ci ildə yaradılıb. Ölkədə 30 filial və 4 şöbəsi var. --17D—
-
- Bazarların icmalı
- 5 İyun 2015 15:34
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz