Müharibə əlillərinə prezident seçkiləri vaxtı minik avtomobilləri paylanır
Bu il Qarabağ müharibəsi əlillərinə prezident seçkiləri vaxtı minik avtomobilləri paylanır. Bu günlərdə 40 veteran “NAZ Lifan” avtomobili alıb.
Veteranlar avtomobili almazdan öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində sabiq prezident Heydər Əliyevin büstü qarşısına gül-çiçək dəstələri qoyublar.
Nazir Fizuli Ələkbərov yeni minik avtomobili alan əlillərə respublikanın dinamik sosial-iqtisadi inkişafı şəraitində əhalinin sosial müdafiəsi sahəsində də sürətli tərəqqidən danışıb. 2003-2013-cü illərdə müharibə əlillərinə 2800-dən çox avtomobil, 4 min mənzil verilib. 1998-ci ildən bu vaxta qədər isə 3800 nəfər avtomobil, 5 min nəfər mənzil alıb. Yaxın günlərdə daha 140 əlil minik avtomobili alacaq.
Bu il Naxçıvanda 326 avtomobil yığılıb. Bu, ötən ilin eyni dövründəkindən 2,7 dəfə çoxdur. Sentyabrın əvvəli üçün müəssisənin anbarında 192 avtomobil var. 08D
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz