«NAZ-Lifan», amma Mercedes qiymətinə
Naxçıvan avtomobil zavodunda yığılan “NAZ-Lifan” modellərinin qiyməti artacaq. Bu haqda zavodun direktoru Musa Abdullayev bildirib.
M.Abdullayev qiymət artımının valyuta bazarındakı son vəziyyətlə əlaqəli olduğunu ifadə edib. “İndiyədək “NAZ-Lifan” modellərinin qiymətlərində artım olmayıb və 11 min manatdan başlayaraq dəyişir. Yaxın günlərdə zavodun nümayəndə heyəti Çinə səfər edəcək, orada qiymətlər və yeni modellərlə bağlı danışıqlar aparılacaq”, - deyə M.Abdullayev bildirib. Daha sonra direktor yeni qiymətlərin 15 min manatdan başlayacağı bəyanatı səsləndirib.
Yada salaq ki, dövlət başçısı İlham Əliyev ölkədəki böhranla bağlı müşavirələrin birində dövlət məmurlarına bahalı xarici avtomobil markalarından imtina edərək “NAZ-Lifan”dan istifadə etmək təklifi vermişdi.
Bu məsələdə diqqət çəkən daha bir məqam indiki ağır böhran şəraitində bu avtimobil zavodunun qiymətləri az qala 50% artırmasıdır. -0-
-
- İqtisadiyyat
- 11 Fevral 2016 17:38
-
- Söz istəyirəm
- 11 Fevral 2016 17:57
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz