N.Cəfərli: Xarici kapital cəlbi üçün normal məhkəmə sistemi əsas şərtdit
Bu günlərdə Nazirlər Kabinetində keçirilən müşavirədə dövlət başçısı İlham Əliyev ölkəyə xarici investisiya cəlb olunması məsələsinə toxunub.
“Ölkəyə xarici inverstisiya gətirilməsi üçün ilk növbədə normal məhkəmə sistemi olmalıdır”, - deyə iqtisadçı-ekspert Natiq Cəfərli dövlət başçısının bəyan etdiyi müddəanı şərh edib.
Onun fikrincə, ölkədə hansısa siyasi problemlər və s.ola bilər, amma xarici kapitalın ölkəyə cəlb edilməsi üçün normal məhkəmə sisteminin olması şərtdir. “Neft kontraktları ilə bağlı məsələ fərqli idi, onun arxasında dövlət təminatı var idi və ona görə həmin böyük investisiyalar yatırılırdı”, - deyə N.Cəfərli qeyd edib.
N.Cəfərliyə görə, qeyri-neft sektoruna az investisiya qoyulması həmin etibarlı təminatın olmaması, digər tərəfdən normal məhkəmə sisteminin olmamasıdır. O bildirib ki, başlıca bu səbəb üzündən xarici investorlar Azərbaycana kapital qoymaqdan çəkinirlər.
“Nə qədər ki, normal məhkəmə sistemi yoxdur, ölkəyə yetərli xarici kapital qoyuluşu inandırıcı deyil”, - deyə N.Cəfərli birmənalı mövqe ifadə edib. -05B-
-
- Sual-cavab
- 11 Yanvar 2016 17:58
-
- Cəmiyyət
- 12 Yanvar 2016 00:44
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz