Neft hasilatı azalır
ABŞ Enerji İnformasiya İdarəsi (EIA) gələcəkdə Azərbaycanda neft hasilatının səviyyəsinin enəcəyini proqnozlaşdırır. Əgər ötən il bu, orta hesabla 890 min təşkil etmişdisə, bu il sutkada 870 min, 2017-ci ildə 860 min barel gözlənilir.
Energetika bazarının qısamüddətli yanvar icmalında dərc edilən proqnoza görə, yanvardan iyulun 1-dək neft hasilatı sutkada 880 min, ilin sonunda isə 870 min barel təşkil edəcək.
Xatırladaq ki, 0,15% kükürd tərkibli Azeri Light neftinin əsas həcmi “Azəri-Çıraq-Günəşli” (AÇQ) dəniz yataqları blokundan hasil edilir.
AÇQ üzrə “Əsrin müqaviləsi” 1994-cü ildə imzalanıb (operator BP-nin iştirak payı 35,78%).
BP-nin məlumatına görə, ötən ilin yanvarı üçün Azərbaycanda neft ehtiyatları 7 mlrd. barel həcmində təşkil edib.--17D—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz