"NİKOYL" İKB ASC plastik kartların geniş xəttini təklif edir və müştərilərin onlayn xidməti təhlükəsizliyinin təmin olunması üçün plastik kartların üçüncü şəxslər tərəfindən onlayn istifadəsini, hətta onlarda bu kartların olmasına baxmayaraq, məhdudlaşdıran "3D Secure" texnologiyasını tətbiq edib.
"3D Secure" elə bir texnologiydır ki, onun vasitəsilə İnternetdə dələduzluqdan qurtulmaq və ödənişləri təhlükədən qorumaq mümkündür.
Xidmətə kartı əvvəlcədən bankomat vasitəsilə "Xidmətlər" bölməsində "İnternet Bankinq və 3D-yə qoşulma" çekini çap edərək, https://acs.3D secure.az/way4acs/enroll ünvanı üzrə Prosessinq Mərkəzinin saytında qeydiyyatdan keçirməklə qoşulmaq olar. "3D Secure" Xidməti ödənişsiz göstərilir.
İnternet-mağazalarda alış-veriş edərkən "3D Secure" texnologiyasını dəstəkləyən saytlar öncə qeydiyyat zamanı təyin olunmuş parol və ya birdəfəlik parollardan birini tələb edəcək.
Hansı internet-mağazaların proqramda iştirak etdiyini onlarda "Visa" ödəniş sistemi loqotipinin olmasından bilmək olar:

Bu günə "NİKOYL" İKB əhaliyə milli və xarici valyutada həyata keçirilən hesablaşma, kredit, ödəniş, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir. “NIKOIL Bank”ın bütün bank məhsulları, aksiyaları və xüsusi təklifləri haqqında məlumatı (012) 981 qısa nömrəsinə zəng edərək almaq mümkündür.
Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil
Rəy yaz