- İqtisadiyyat
- 20 Noyabr 2014, 11:18
- 159
Nikoil Bank "Yubiley" əmanəti gəlirliliyini 20% artırır və avtomobil qazanmaq şansı verir
Nikoil Bank noyabrın 20-dən "Yubiley" əmanəti gəlirliliyinin 20% artırıldığını elan edir.
"Yubiley" əmanət qoyuluşunu ən azı 1000 AZN/USD məbləğındə, 12, 18 və ya 24 ay müddətinə açmaq olar. Əmanət üzrə faizlərin aylıq çıxarılması nəzərdə tutulur.
Aksiya 2015-ci il yanvarın 15-dək davam edəcək.
Əmanət üzrə yüksək gəlirliliklə yanaşı, hər bir əmanətçi Bankdan Toyota Corolla avtomobili oynanılmasında iştirak etmək şansı və 20 smartfon qazanacaq.
Lotereyanın şərtlərinə görə, 1000 AZN/USD-dən 5000 AZN/USD-ə qədər məbləğində qoyuluş edilməsi əmanətçiyə lotereyada iştirak etmək üçün 1 şans verir, hər sonrakı 5000 AZN/USD məbləğində qoyuluş isə 1 şansa bərabər tutulur. Eyni zamanda, bir əmanətçi ən çoxu 10 şansa malik ola və yalnız bir dəyərli mükafat qazana bilər.
Uduş fondunun oynanılması 2015-ci il yanvarın 27-də Bankın baş ofisində keçiriləcək, ünvan: Bakı şəhəri, Puşkin küç., 30.
Bankın filial şəbəkəsi həm Bakıda, həm də Azərbaycanın digər şəhərlərində - Sumqayıt, Xırdalan, Gəncə, Bərdə, Lənkəran, Qəbələ və Masallıda yerləşmiş 21 satış məntəqəsindən ibarətdir .
Nikoil Bankın fəaliyyəti və mövcud məhsul və xidmətləri haqqında məlumatı www.nikoil.az saytında və ya 981 qısa telefon nömrəsinə zəng edərək almaq mümkündür.
Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil?ref=hl
-
- Cəmiyyət
- 20 Noyabr 2014 11:09
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz