Noyabrın 1-i üçün Azərbaycanda 3,3 mln nəfərin sosial sığorta üzrə fərdi hesabı var
Noyabrın 1-i üçün Azərbaycanda 3 mln. 336,912 min nəfər sosial sığorta üzrə fərdi hesablara malikdir. Bu, ilin əvvəlinə olan göstəricidən 4,9% çoxdur, deyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilir.
30 yaşa qədər sosial sığorta ödəyicilərinin 20,2%-nin, 30 yaşadək 20,1%-nin, 40-50 yaş arasında 21,1%-nin fərdi hesabları var. Qalanı 60 yaşdan yuxarı ödəyicilərdir.
Azərbaycan 2006-cı il yanvarın 1-dən fərdi sosial sığorta uçotuna keçib. Bunun əsasında icbari sosial sığorta haqqı ödəyən hər bir şəxs üçün fərdi hesab açılır. Burada onun icbari sosial sığorta üçün ödədiyi haqlar toplanır. --17D—
-
- Cəmiyyət
- 7 Noyabr 2016 12:12
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz