Oktyabrda daşınmaz əmlak sığortası üzrə milyon yarım yığılıb
İcbari Sığorta Bürosunun üzvü olan sığorta şirkətləri oktyabrda daşınmaz əmlakın sığortası, daşınmaz əmlak istifadəsi zamanı mülki məsuliyyətin sığortası və sərnişinlərin icbari sığorası üzrə 1 mln 448,25 min manat mükafat yığıblar. Bu növlər üzrə 8 min 910 müqavilə bağlanılıb, deyə İSB məlumat verir.
2014-cü ilin oktyabr ayında daşınmaz əmlakın icbari sığortası üzrə 8,489 , daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 377, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 44 sığorta müqaviləsi bağlanılıb. Daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği 1,415,171 manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 24,240 manat, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 8,840 manat təşkil edib.
Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 71,04%-i yaşayış evləri və mənzillər, 0,52%-i inzibati binalar, 28,44%-i digər daşınmaz əmlakla bağlı olub.
Bakıda daşınmaz əmlak üzrə maksimal sığorta ödənişi 25 min manat, Gəncə, Sumqayıt və Naxçıvanda 20 min manat, başqa yaşayış məntəqələrində 15 min manatdır. --17D—
-
- İqtisadiyyat
- 5 Noyabr 2014 15:28
-
- İqtisadiyyat
- 5 Noyabr 2014 15:42
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz