Otellərə bal satmaq tövsiyə edilir
Bakıda «Arıçılıq məhsullarının təbliğində turist obyektlərinin rolu» mövzusunda tədbir keçirilir.
Görüşü açan iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov bildirib ki, otellər baldan qida maddəsi kimi istifadə edə, yerli arıçılıq məhsullarının təbliğat və təşviqat yolu ilə tanıdılması ilə məşğul ola bilərlər.
Nazir müavini arıçılıqla məşğul olan fermerlərə edilən güzəştlərdən də danışıb. “Yerli balın keyfiyyəti məlumdur, onların keyfiyyətinin daha da yaxşılaşdırılması, müasir standartlara uyğun qablaşdırılmasının təmin edilməsi, rəqabət qabiliyyətinin artırılması, nəticə etibarı ilə ixracının təmin edilməsi lazımdır”, deyə o bildirib.
Onun sözlərinə görə, sahibkarlar satış bazarı axtarmalı, məhsulun yüksək səviyyəsini təmin etməlidirlər.
tədbirdə bölgələrdən dəvət edilən arıçılıq təsərrüfatı ilə məşğul olan fiziki şəxslər qatılıb, bu müəssisələrin məhsullarının kiçik sərgisi təşkil olunub. –17—
-
- İqtisadiyyat
- 10 Sentyabr 2015 14:48
-
- Cəmiyyət
- 10 Sentyabr 2015 17:25
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz