Pambıqçılıqda azalma davam edir
Azərbaycanda pambıq yığımı başa çatıb. Dövlətstatkomun məlumatına görə, dekabrın 1-dək 40,6 min ton pambıq yığılaraq pambıqtəmizləmə zavodlarına verilib. Bu, ötən ilin eyni dövründəkindən 4,7% azdır. Məhsuldarlıq 17,7 s/ha olub. Bu, ötən ilkindən 0,4 s/ha azdır.
Bu il də pambıq sahələrinin azalması davam edib. 2012-ci ildən (29,2 min ha və ya 31,8%) azalma davam edir. Pambıq əkini üçün 22,9 min ha torpaq (-2,6%) ayrılıb. Fermerlər bildirir ki, pambıqçılıqda rentabellilik azdır. Çünki satınalma qiyməti çox aşağıdır. – tonu 410-420 manat. Pambıq şirkətləri isə dövlət dəstəyinin olmamasından narazıdır.
2005-ci ildə pambıq üçün 112,4 min ha sahə ayrılmış və 1996,6 min ton məhsul yığılmışdı.
Bu ilin 11 ayında pambıqtəmizləmə zavodları 11 213 ton pambıq lifi (+21,5%) istehsal edilib. Bunun yarısı anbarlarda qalır. Bundan başqa, tekstil müəssisələri 10 926 ton pambıq əyirib (-23,1%). 08B
-
- Söz istəyirəm
- 17 Dekabr 2014 16:33
-
- Cəmiyyət
- 17 Dekabr 2014 17:05
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz