Peterburqda Azərbaycan Beynəlxalq Bankının filialında axtarış aparılıb
Peterburqda hüquq-mühafizə orqanları Azərbaycan Beynəlxalq Bankının törəmə qurumu olan “MBA-Moskva” bankının şöbəsində axtarış aparıb, xəbəri “Rossiyskaya qazeta” yayıb.
“MBA-Moskva”-nın mətbuat xidmətindən “RQ”yə verilən məlumata görə söhbət sənədlərin texniki müsadirəsindən gedir. “2012-ci ildə açılmış cinayət işinin fiqurantı olan bankın müştərilərindən biri barəsindən məhkəmə qərarı ilə sənədlər müsadirə olunub”, deyə mətbuat xidmətindən bildiriblər. “Saat 15.00-a olan məlumata görə, filial tam rejimdə işləyir”.
İlkin məlumata görə, axtarışı Sentralnı rayonu üzrə DİN İstintaq İdarəsinin əməkdaşları və DİN-in Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsinin İqtisadi Təhlükəsizlik İdarəsinin əməliyyatçıları həyata keçiriblər.
DİN bölgə Baş İdarəsinin mətbuat xidmətindən hələlik baş verənlərlə bağlı şərh vermirlər.
“MBA-Moskva” bankı 2002-ci ilin yanvar ayında Moskvada Azərbaycan hökumətinin dəstəyi ilə Azərbaycan Beynəlxalq Bankı tərəfindən təsis edilib. “MBA-Moskva” bankı Rusiyada MDB-dən xarici kapitalla ilk kredit-maliyyə müəssisəsidir. “MBA-Moskva”nın nizamnamə kapitalının 100%-i təsisçiyə aiddir. -0-
-
- İqtisadiyyat
- 17 Dekabr 2015 17:03
-
- İqtisadiyyat
- 17 Dekabr 2015 18:21
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz