ABB-də dövlətin payı 81,86%-ə çatıb
Bu ilin I yarısında «Azərbaycan Beynəlxalq Bankı» şirkətlər qrupunun gəlirləri 450 mln manata çatıb. Amma bank mülkiyyətçilərinin kapitalı 24,5% azalıb.
Bu ilin 6 ayında bank 215,8 mln manat ziyanla işləyib.
İlin əvvəlində bank səhmdarlarının 65,6 mln manat bölünməmiş mənfəəti vardısa, 30 iyun üçün bankın ziyanı 130,4 mln manata çatıb.
Bank 2015-ci ilin yanvar-iyunu üzrə maliyyə hesabatını açıqlayıb. Ona əsasən, verilən kredit həcmi 19% artaraq 9 mlrd 352,6 mln mana olub. Bankın aktivləri 30 iyun üçün 16,9% artaraq 10,7 mlrd manat olub.
Bu ilin I yarısında banjkın öhdəlikləri 20,2% artaraq 10 mlrd 235 mln manata çatıb.
Maraqlıdır ki, ilin əvvəlində ABB-nin kapitalında dövlətin payı 51,07% idisə, 30 iyun üçün 81,86%-ə çatıb. Bunun necə baş verdiyi açıqlanmır.
İyulda ABB-nin sağlamlaşdırılması və sonradan özəlləşdirilməsi haqqında sərəncam verilib. Bu məqsədlə bankın zərərli aktivlərinin «Aqrarkredit»ə verilməsi nəzərdə tutulub. Sentyabrda «Aqrarkredit» QBKT-nin 2 mlrd manat məbləğində istiqrazları yerləşdirilib. Bu qiymətli kağızları AMB alıb. ABB bəyan edib ki, dekabrın sonu üçün qalan 1 mlrd manat yerləşdiriləcək. 08B
-
- Siyasət
- 17 Dekabr 2015 16:55
-
- İqtisadiyyat
- 17 Dekabr 2015 17:28
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz