Pirat proqramlar 1 noyabr 2017-ci ilə kimi satılacaq
Müəllif Hüquqları Agentliyi hesab edir ki, Azərbaycanda sahibkarlıq subyektlərinin yoxlanılmasının dayandırılması şirkət və müəssisələrdə saxta proqram məhsullarından istifadə faktlarının aşkarlanması üzrə yoxlamalara da şamil ediləcək.
Amma agentlikdən bildiriblər ki, "Microsoft" ilə əməkdaşlıq davam etdirilir. İstiqamətlərdən biri ali təhsil müəssisələrində, banklarda və digər strukturlarda istifadə edilən proqram təminatının leqallaşdırılması məsələsində Müəllif Hüquqları Agentliyinə kömək etməkdir.
Xatırladaq ki, daha əvvəl verilən məlumata görə, Azərbaycanda antipirat reydləri 2016-cı ildə başlamalı idi. Bu məqsədlə saxta və lisenziyasız proqram təminatlarının aşkarlanması üzrə təlimlər keçirilmişdi. ---17D—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz