Pul kütləsi mayda 2,3% artıb
Bu ilin aprelində pul kütləsinin həcmi 254,3 mln manat və ya 2,3% artaraq 11456,7 mln manat olub. Son 12 ayda iqtisadiyyatda manat vəsaitlərinin həcmi 3065 mln manat və ya 36,5% artıb.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bank sistemindən kənarda nağd pul həcmi mayda 197,1 mln manat və ya 2,7% artaraq 7509,9 mln manat çatıb, nağdsız manat həcmi 57,2 mln manat və ya 1,4% artaraq 3946,8 mln manat olub. Manat pul kütləsi strukturunda sonuncuların xüsusi çəkisi 34,4%-dək azalıb.
Hesabat dövründə geniş pul kütləsi göstəricisi 233,3 mln manat və ya 1,6% artaraq 14579,5 mln manat mln manat olub. Bank sistemində xarici valyuta kütləsinin həcmi 21mln manat və ya 0,7% azalaraq 3122,8 mln manat ekvivalenti təşkil edib. Il ərzində xarici pul kütləsi 17,2% genişlənib. Ümumi pul kütləsində manat resurslarının payı 78,5% təşkil edib. Bu, ötən ilin 1 iyun göstəricisindən 2,6% çoxdur.
Mayda pul bazasının ümumi həcmi 2,9%, il ərzində 34,4% artaraq 8457,9 mln manata çatıb. Manat pul bazası ay ərzində 227,2 mln manat və ya 2,8% artaraq 8373,1 mln manat olub. --15В--
-
- İqtisadiyyat
- 13 İyul 2012 13:16
-
- İqtisadiyyat
- 13 İyul 2012 13:50
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz