- İqtisadiyyat
- 12 Oktyabr 2012, 16:00
- 124
Qeyri-neft sektoruna investisiyalar 31,2% artıb
Bu ilin 9 ayında Azərbaycanda bütün maliyyə mənbələrindən əsas kapitala 9,9 milyard manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 27,4 faiz çox vəsait yönəldilib. Qeyri-neft sektoruna investisiyaların artım tempi investisiyaların ümumi artım tempindən 3,8% çoxdur.
Dövlətstatkoma görə, bu ilin 3 rübündə iqtisadiyyatın qeyri-neft sektoruna 7,3 mlrd manat vəsait qoyulub. Bu, 2011-ci ilin eyni dövründəkindən 31,2% çoxdur.
Əsas kapitala investisiyaların 79,4 faizi daxili mənbələr hesabına təmin edilib. Dövlət mülkiyyətli müəssisə və təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 60,9 faizini təşkil edib.
Dövlətstatkoma görə, sərmayələrin 44,1 faizi məhsul istehsalı, 55,9 faizi xidmət sahələri obyektlərinin inşasında istifadə olunub.
Bu il ümumi sahəsi 1197,8 min kvadrat metr olan yeni yaşayış evləri istismara verilib.
Azərbaycanda yerli mənbələrdən tikinti kompleksinə investisiya artımı dövlət büdcəsindən neft gəlirləri hesabına artan investisiyalar fonunda müşahidə edilir. Eyni zamanda, yerli investisiyalar leqal və qeyri-leqal şəkildə xaricə axır. Yerli və xarici KİV dəfələrlə hakim ailə və oliqarxların xarici ölkələrdə daşınmaz əmlaka vəsait qoyması barədə jurnalist araşdırmaları dərc edib. 08D
-
- Cəmiyyət
- 12 Oktyabr 2012 16:00
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz