Qiymətləndiricilər Cəmiyyətinin üzvləri strukturun işindən narazıdır
Ramil Osmanlı Qiymətləndiricilər Cəmiyyətinin sədri vəzifəsində Xanhüseyn Kazımlını əvəz edib. Yeni rəhbər bu gün seçilib.
Onun iki müavini var: İdarə Heyətinin sədri İradə Şükürova və Nüsrət İbrahimov (MBA Groupun baş direktoru). İH-nin tərkibi 15-dən 19 nəfərə artırılıb.
Hesabat yığıncağı üzvlərin tələbi ilə keçirilib. İştirakçılar rəhbərlikdən, o cümlədən milli standartların dünya normasına uyğun olmamasından narazıdır. Nüsrət İbrahimovun sözlərinə görə, qabaqcıl təcrübədə 80, Azərbaycanda 3 qiymətləndirmə metodologiyası var. Bundan başqa, bu sahədə 14 kitab nəşri barədə bəyanat da kağız üzərində qalıb.
Konfransda cəmiyyətin inkişaf strategiyasını hazırlamaq, beynəlxalq assosiasiyaya üzvlüyün təmin edilməsi qərara alınıb. --17D—
-
- Siyasət
- 15 Noyabr 2016 14:28
-
- İqtisadiyyat
- 15 Noyabr 2016 14:42
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz