QKDK əməkdaşları Polşada investorların hüququnu qorumaq üzrə bilik əldə ediblər
Polşa Maliyyə Nəzarəti Agentliyi tərəfindən Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) əməkdaşları üçün təlimlər keçirilib.
QKDK mətbuat xidmətində Turan-a bildiriblər ki, bir həftəlik səfər zamanı QKDK, Bakı Fond Birjasının və Milli Depozit Mərkəzinin əməkdaşları Polşanın Maliyyə Nəzarəti Agentliyində, Varşava Fond Birjasında və Polşanın Mərkəzi Depozitarında investorların kompensasiya sxemləri, udulma əməliyyatları (takeover bids), investorların hüquqlarının müdafiəsi, blok treydinq, ticarət sistemi və omnibus hesabı əməliyyatları mövzularında təlimlərdə iştirak ediblər.
Azərbaycanda Avropa İttifaqının direktivləri əsasında Mülki Məcəlləyə udulma əməliyyatları, investorların hüquqlarının müdafiəsi üzrə əlavələr edilməsi barədə qanun layihəsi hazırlanıb. Onun nə vaxt qəbul ediləcəyi məlum deyil.
Polşa Maliyyə Nəzarəti Agentliyi tərəfindən həyata keçirilən “Tvinninq” layihəsinin məqsədi Azərbaycanda qiymətli kağızlar bazarının institusional, hüquqi və tənzimləyici çərçivəsinin Avropa İttifaqında mövcud olan standartlara uyğunlaşdırılması, habelə bazar iştirakçılarının məlumatlılığının artırılmasına dəstək göstərilməsindən ibarətdir. 08D
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz