Quba rayonunda kənd təsərrüfatının sınaq siyahıyaalınması başa çatıb
Dövlət Statistika Komitəsi Quba rayonunun bir hissəsində kənd təsərrüfatının sınaq siyahıyaalınmasını başa çatdırıb.
DSK kənd təsərrüfatı şöbəsində Turan-a bildiriblər ki, siyahıyaalmada 2000 təsərrüfat, 7 kənd təsərrüfatı müəssisəsi əhatə olunub. Siyahıyaalmaya 20 nəfər sayıcı, 2 nəfər ehtiyat sayıcı, 2 nəfər nəzarətçi və 4 nəfər operator cəlb olunub.
Nazirlər Kabineti 2013-cü ilin dekabrında ümumi kənd təsərrüfatının sınaq siyahıyaalması barədə qərar qəbul edib. Sənəd bu prosesin 1-30 iyun 2015-ci ildə həyata keçirilməsini nəzərdə tutur. Dövlətstatkoma görə, Azərbaycanda kənd təsərrüfatı istehsalı ilə 1,3 mln təsərrüfat məşğul olur. Siyahıyaalmanın nətcələri 6 aya ümumiləşdiriləcək.
Sonuncu dəfə Azərbaycanda kənd təsərrüfatı siyahıyaalması 2005-ci ildə keçirilib. 08D
-
- İqtisadiyyat
- 4 İyul 2014 17:23
-
- Siyasət
- 4 İyul 2014 17:37
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz