Rabitabank-ın kapitallaşması yanvar-sentyabrda 60,7% artıb
2012-ci ilin yanvar-sentyabrında "Rabitəbank"ın aktivləri 13% artaraq 148,16 mln manata çatıb. Fiziki və hüquqi şəxslərə verilən kredit həcmi 15% artaraq 103,59 mln manat təşkil edib.
Bankın ümumi öhdəlikləri 114,02 mln-dan 122,09 mln manata artıb. Depozit portfeli 9,1% genişlənərək 83,88 mln manat, o cümlədən müddətli müştəri əmanətləri 2,3% artaraq 63,32 mln manat olub.
Balans kapitalı 26,06 mln manata çatıb. Məcmu kapital 46,7% artaraq 24,47 mln manatı keçib, ödənilmiş nizamnamə fondu 60,7% artaraq 21,61 mln manat olub.
Bankın gəlirləri və xərcləri 13,49 mln və 12,55 mln manat təşkil edib. Vergi ödəniləndən sonra xalis mənfəət 527 min manat olub. --15B--
-
- İqtisadiyyat
- 7 Noyabr 2012 11:00
-
- Siyasət
- 7 Noyabr 2012 11:15
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz