Azərbaycan və İtaliyanın Müdafiə nazirlikləri əməkdaşlıq edəcəklər
Azərbaycanın müdafiə naziri Səfər Əbiyev İtaliyaya rəsmi səfəri çərçivəsində italiyalı həmkarı Kampaola Di Paola ilə görüşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüş zamanı ikitərəfli münasibətlərin müxtəlif aspektləri müzakirə olunub.
S.Əbiyev diqqəti Qarabağ nizamlanmasına yönəldərək qeyd edib ki, Azərbaycan öz ərazilərini işğaldan azad etmək üçün nə lazımdırsa edəcək.
Danışıqların yekunlarına əsasən müdafiə sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb.
Bu gün S.Əbiyev ölkənin müdafiə sənayesi obyektlərinə baş çəkəcək, İtaliya istehsalı olan silah və texnika ilə tanış olacaq.—06D--
-
- İqtisadiyyat
- 7 Noyabr 2012 11:03
-
- Söz istəyirəm
- 7 Noyabr 2012 11:24
Siyasət
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
-
Azərbaycan "Sputnik-Azərbaycan" və BBC News Azərbaycanca redaksiyalarının işini məhdudlaşdıracaq. Bu barədə fevralın 13-də hökumətyönlü KİV məlumatlı mənbəyə istinadən bildirib.
Rəy yaz