Rabitə və Yüksək Texnologiyalar Nazirliyi daha bir elektron xidmət göstərəcək
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) “Elektron hökumət” portalı üzərindən göstərdiyi xidmətlər artır.
Nazirliyin məlumatına görə, “Poçt göndərişlərinin izlənilməsi” xidməti portala inteqrasiya olunub. Bu xidmət vasitəsilə RYTN-in “Azərpoçt” MMC şəbəkəsində qeydiyyatlı poçt göndərişlərinin qəbul, çeşidləmə, daşınma və çatdırılma kimi keçid mərhələlərinin internet vasitəsilə izlənilməsi həyata keçirilir.
Xidmətin göstərilməsi üçün poçt göndərişinin unikal poçt identifikatorunu - 13 simvoldan ibarət ştrixkod nömrəsini müvafiq sahəyə daxil etmək tələb edilir. Ştrix-kod nömrəsi poçt şöbəsi tərəfindən poçt göndərişinin qəbuluna dair müştəriyə verilən qəbzdə göstərilir.
Nazirliyin məlumatına görə, “Elektron hökumət” portalı üzərindən göstərilən xədmət sayı 417-yə çatıb. Portalda Nazirlər Kabinetinin təsdiq etdiyi (452) elektron xidmətlərdən 333-dən istifadə mümkündür. --17D—
-
- İqtisadiyyat
- 6 May 2015 15:30
-
- Cəmiyyət
- 6 May 2015 16:59
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz