Rəqabət AZAL-ı qiyməti ucuzlaşdırmağa məcbur edir
“Turkish Airlines”in ardınca “Azerbaijan Airlines” (AZAL) Bakıdan İstanbula reysində xüsusi aksiyanın müddətini uzatmaq qərarına gəlib. Bu ilin aprelindən tarif dəyişmir və iki tərəfə 225 avrodur.
Hər iki şirkət eyni vaxtda xüsusi tarifin müddətini bir ay uzatmaq qərarına gəlib. İstanbul dünyanın çox az şəhərlərindəndir ki, iki aviaşirkətin təyyarələri ilə birbaşa reyslə (məsafə 1785 km) uçmaq olar. Rəqabət AZAL-ı qiyməti ucuzlaşdırmağa məcbur edir.
Müqayisə üçün deyək ki, AZAL Romaya (3122 km) iki tərəfə bileti 605 manata, Parisə (3818 km) – 625 manata, Vyanaya (2789 km) – 640 manata, Təl-Əvivə (1649 km) – 526 manata təklif edir.
AZAL gündə 3 dəfə Bakı-İstanbul-Bakı istiqamətində uçuşlar həyata keçirir. “Turkish Airlines” aviaşirkəti də bu qədər reys həyata keçirir.
“Azerbaijan Airlines” Avropa, ABŞ, Asiya və MDB ölkələri üzrə 57 istiqamətə 30 təyyarəni istismar edir. --08B—
İqtisadiyyat
-
Azərbaycan Prezidenti İlham Əliyev 1 yanvar 2025-ci ildən etibarən əmək pensiyalarının indeksləşdirilməsi ilə pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə sərəncam imzalayıb.
-
İtaliya hökuməti, bir sıra strateji aktivlərin satışı üzrə beynəlxalq tenderdə müraciətlərin qəbulunu 14 fevral tarixinə qədər uzatdığını açıqlayaraq, Azərbaycanın namizədinin hələ də favoritlər arasında olduğunu təsdiqləyib.
-
İqtisadi Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədri Qalib Toğrulun araşdırması, Azərbaycan rayonları Ağdam, Füzuli və Xocavənddə bərpa layihələri ilə bağlı büdcə xərclərinə diqqət yetirir. Araşdırmada Ermənistan işğalından azad edilmiş ərazilərdə həyata keçirilən dövlət sifarişli tikinti və infrastruktur layihələri araşdırılıb.
-
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov fevralın 4-də Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycandakı missiyasının rəhbəri Anna Bordo başda olmaqla BVF nümayəndə heyəti ilə görüş keçirib. Görüşdə iqtisadi əməkdaşlıq, maliyyə sektorundakı çətinliklər və struktur islahatları müzakirə edilib, nazirlik bildirib.
Rəy yaz