Rəsmi Bakı İran qazının TANAP-la nəqli haqqında
«İran gələcəkdə özqazını TANAP kəməri vasitəsilə nəql edə bilər». Bu barədə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov İstanbulda keçirilən XVIII Avrasiya İqtisadi Zirvə görüşündə deyib.
haqqin.az portal “Al-Jazeera Türk” telekanalına istinadən bildirir ki, Həsənovun sözlərinə görə, Trans Anadolu boru xətti (TANAP) hazırda dünyada həyata keçirilən ən önəmli enerji layihəsidir.
«Hazırda TANAP yeganə alternativ enerji qaynağı olan Azərbaycan qazını Avropaya və dünya enerji bazarına çatdıracağı üçün böyük əhəmiyyət daşıyır.
Ən azı 60-70 il ərzində ildə 30 milyard kubmetrədək qaz bu xətt vasitəsi ilə Avropa istehlakçılarına çatdırılacaq: "Digər tərəfdən Avropa ölkələri ilə ABŞ-ın qonşumuz İran üzərindəki sanksiyaları qaldırılacaq. Fikrimizcə, İran da zəngin təbii qaz ehtiyatlarını gələcəkdə TANAP vasitəsi ilə Qərb ölkələrinə çatdıra bilər. Orta perspektivdə Türkmənistan qazının TANAP vasitəsi ilə Avropaya nəql edilməsi də mümkün ola bilər", - deyə Əli Həsənov bildirib. –0--
-
- Cəmiyyət
- 10 Aprel 2015 11:43
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz