Respublika əhəmiyyətli iki şəhərin baş planı ictimaiyyətin müzakirəsinə verilib
Şirvan və Mingəçevir şəhərlərinin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə tərtib edilən baş planları bu şəhərlərin ictimaiyyətinin müzakirəsinə verilib.
Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 29-cu maddəsinə görə, baş planın ilkin layihəsinin ictimai müzakirəsi keçirilməli, irad və təkliflər nəzərə alınmalıdır. Ona görə baş planların mətnləri 60 gün Şirvan və Mingəçevir şəhərlərinin İH-nin binasında olacaq.
DŞAK-ın məlumatına görə, 26 şəhər və rayon mərkəzinin baş planı var. "Böyük Bakının Regional İnkiшaf Planı Layihəsi"nin 3-cü müzakirəsi mayın 15-də keçirilib. Mütəxəssislərin təsdiqindən sonra sənəd Nazirlər Kabinetinə göndərilib. Sənəd Bakı ərazisinin regenerasiyası, yarımadanın şimal (Sumqayıt) və cənub (Ələt) istiqamətində inkişaf etdirilməsi və yarımadanın şərq hissəsində inkişafın məhdudlaşdırılmasını nəzərdə tutur. 2030-cu ildə Sumqayıt-Bakı-Mərdəkan yaşayış zolağı boyu inkişaf və Ələtin avtonom inkişaf mərkəzinə çevrilməsi nəticəsində bakı meqapolisə çevrilə bilər. 08B
-
- Cəmiyyət
- 3 İyun 2014 15:04
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz