Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinin nizamnamə və strukturu təsdiq edilib
Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi yaradılıb.
Mərkəzin nizamnamə və strukturu təsdiq edilib, işçilərin say həddi 135 vahid müəyyən edilib.
Maliyyə Nazirliyinə tapşırılıb ki, Mərkəzin 2014-cü ilin sonunadək cari fəaliyyətinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Dövlət Dəniz Administrasiyasına 2 mln 565,265 manat məbləğində vəsait ayrılsın.
Maliyyə Nazirliyi 2015-ci ildən başlayaraq mərkəzin cari fəaliyyətinin təşkili məqsədi ilə dövlət büdcəsində müvafiq məbləğdə vəsait nəzərdə tutmalıdır.
Dünyanın bütün aparıcı ölkələrində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi olur. Onlar gəmilərin hərəkətini tənzimləyir, radilokasiya nəzarəti həyata keçirir, hərəkət rejimində çətinlik yarananda gəmilərə zəruri informasiya verir. Onlar Fəlakət zamanı qlobal dəniz rabitə sisteminin işini təmin edir, losman, yedək, buzqıran təminatını həyata keçirir.
Beynəlxalq konvensiyaya əsasən, Azərbaycanda dəniz üzgüçülüyünün təhlükəsizliyi üçün regional sistemlər yaradılacaq. Həmçinin Fəlakət zamanı qlobal dəniz rabitə sistemi, eləcə də avtomatik identifikasiya sistemi tətbiq ediləcək.–17D—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz