RF Mərkəzi Bankı ABB-nin Rusiyadakı törəməsinə xəbərdarlıq edib
Mərkəzi Bank pulların yuyulması qanununu pozduğuna görə «ABB-Moskva»nı inzibati məsuliyyətə cəlb edib. Bu barədə Rusiya Mərkəzi Bankının saytında yerləşdirilmiş materialda bildirilir.
Məlumatda bildirilir ki, Azərbaycan Beynəlxalq Bankının Moskva filialı cinayətkar yollarla əldə edilmiş gəlirlərin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqda qanunun 15.27-ci maddəsinin 1-ci hissəsini pozmaqda günahlandırılır.
Bu qanun pozuntusuna görə banka rəsmi xəbərdarlıq edilib. Qərar noyabrın 7-də qüvvəyə minib.
ABB bildirir ki, "Rusiya Mərkəzi Bankının (RMB) apardığı mütəmadi monitorinq zamanı Azərbaycan Beynəlxalq Bankının (ABB) törəmə bankı olan "ABB-Moskva" istiqamətində bankın müştərisi ilə əməliyyatın aparılmasına dair hesabat informasiyasında vaxtın ötməsi aşkar edilib. Bu qanun pozuntusu bankın fəaliyyəti ərzində birinci hal olduğuna görə xarakteri baxımından bilərəkdən olmayıb və az əhəmiyyətlidir: Bundan başqa, qanun pozuntusunun törədilməsinə xidmət edən səbəb və şərtlər aradan qaldırıldığına görə banka xəbərdarlıq edilib.
Azərbaycan Beynəlxalq Bankının Moskva filialı 2001-ci ilin yanvarında yaradılıb. Onun nizamnamə kapitalı 2,11 milyard rubl təşkil edir. Bankın yeganə təsisçisi və sahibi Azərbaycan Beynəlxalq Bankıdır. --17D—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz