Royalbank-ın əmanətçilərinə 12,7 mln manat kompensasiya verilib
Bu il yanvarın 1-i üçün iflas edən Royalbank-ın sığortalanmış əmanətçilərinə 12,716 mln manat kompensasiya verilib. Bu barədə Əmanətlərin Sığortalanması Fondu məlumat verir.
Üç bankın (Bank Respublika, MuganBank, AGBank) 27 filialı vasitəsilə "Royalbank" əmanətçilərinə 14,712 mln manat ödəniləcək. Sığortalanan əmanətlərin ümumi məbləği 26,5 mln manatdır. Beləliklə, kompensasiyaların 86,4%-i ödənilib. Cəmi 4264 əmanətçiyə 1,996 mln manat veriləcək. Kompensasiya verilməsinə 1 avqust 2012-cim ildə başlanılıb və 20 iyul 2013-cü ilə kimi davam edəcək.
Ötən ilin 12 iyulunda AMB "Royalbank"ı lisenziyadan məhrum edib və bunu məcmu kapitalın minimal məbləği və adekvatlığı tələblərinə əməl edilməməsi, kreditorları qarşısında öhdəliklərini icra edə bilməməsi, idarəetməni və cari fəaliyyəti etibarlı və prudensial qaydada həyata keçirməməsi, eləcə də Mərkəzi Bankın verdiyi yazılı göstərişlərini yerinə yetirməməsi ilə əsaslandırıb.
Fond 2007-ci ilin avqustundan fəaliyyət göstərir. Üzvləri 43 bankdan 42-dir. Sığorta ehtiyatları 45,2 mln manatdır. Sığorta kompensasiyasının maksimal həcmi bir əmanət üçün 30 min manatdır. 1 iyun 2010-cu ildən Fond illik faiz dərəcəsi 12%-dən çox olan əmanətləri sığortalamır.–15D--
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz